Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev Yunanıstan prezidentini milli bayram münasibətilə təbrik edib
siyasət

İlham Əliyev Yunanıstan prezidentini milli bayram münasibətilə təbrik edib

25-03-2026 11:00 27 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasoulası Yunanıstanın milli bayramı münasibətilə təbrik edib.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:


"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

 

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".