Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də axşam saatlarında qeydə alınıb.
Belə ki, Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi KIA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.