Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yeni qanunvericilik dövlət qulluğunu daha rəqabətqabiliyyətli edir - Deputat
sosial

Yeni qanunvericilik dövlət qulluğunu daha rəqabətqabiliyyətli edir - Deputat

19-03-2026 23:00 16 Просмотров
IMG

Dövlət qulluqçularının əməkhaqqı sistemi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların növbəti mərhələsidir.

 

Tvit.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

 

Onun sözlərinə görə, bu addımlar dövlət qulluğu sisteminin daha müasir, çevik və dayanıqlı əsaslarla qurulmasına xidmət edir:

 

“Əməkhaqqı sisteminin yenilənməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcını şərtləndirir. Əsas məqsəd vahid, şəffaf və balanslı əməkhaqqı modelinin formalaşdırılmasıdır. Bu isə uzunmüddətli perspektivdə dövlət aparatının səmərəliliyinin artırılmasına yönəlib”.

 

Deputat qeyd edib ki, yeni yanaşma çərçivəsində əməkhaqqı sisteminin struktur baxımından sadələşdirilməsi və aydınlaşdırılması nəzərdə tutulur:

 

“Əvvəllər müxtəlif əlavələr formasında təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası vahid mexanizmin formalaşmasına imkan yaradır. Bu, həm şəffaflığı artırır, həm də dövlət qulluqçuları üçün daha aydın və proqnozlaşdırılan əməkhaqqı modelini təmin edir. Eyni zamanda, bu addım müxtəlif vəzifələr üzrə mövcud disproporsiyaların aradan qaldırılmasına və daha ədalətli bölgünün təmin olunmasına xidmət edəcək”.

 

Müşfiq Cəfərov hesab edir ki, əməkhaqqının vahid struktur əsasında formalaşdırılması dövlət idarəçiliyində bərabər imkanların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Bu model dövlət qulluqçularının sosial təminatının daha sabit və davamlı əsaslar üzərində qurulmasına şərait yaradır. Əməkhaqqının proqnozlaşdırılan olması isə həm motivasiya, həm də peşəkar fəaliyyətin davamlılığı baxımından mühüm amildir. Bütün bunlar dövlət xidmətinin nüfuzunun artırılmasına da müsbət təsir göstərəcək”.

 

Deputat vurğulayıb ki, islahatların əsas istiqamətlərindən biri dövlət qulluğunun əmək bazarındakı rəqabət qabiliyyətinin gücləndirilməsidir:

 

“Əvvəlki modeldə əməkhaqqının böyük hissəsinin əlavələrdən asılı olması xüsusilə yeni işə qəbul olunan gənc kadrlar üçün çətinlik yaradırdı. Bu isə özəl sektorun daha cəlbedici imkanları fonunda dövlət qulluğuna marağın azalmasına səbəb olurdu. Yeni model bu disbalansı aradan qaldırmağa və dövlət qulluğunu daha rəqabətqabiliyyətli sahəyə çevirməyə yönəlib”.

 

Onun sözlərinə görə, həyata keçirilən dəyişikliklər yalnız texniki və maliyyə xarakteri daşımır, həm də insan kapitalının inkişafına xidmət edir:

 

“Peşəkar və perspektivli kadrların dövlət qulluğuna cəlb olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi üçün əsas şərtlərdən biridir. Yeni əməkhaqqı modeli bu istiqamətdə mühüm stimullaşdırıcı rol oynayacaq. Eyni zamanda, mövcud dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılır”.