Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olundu
siyasət

Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olundu

19-03-2026 20:00 21 Просмотров
IMG

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi, NATO Baş katibinin müavini, səfir Kevin Hamilton ilə görüşüb.

"Tvit.az" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın NATO yanında Nümayəndəliyinin "X" hesabında paylaşılıb.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında məhsuldar müzakirələr aparılıb.

Tərəflər, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının vətəndaşları, diplomatik nümayəndələrinin İrandan təhlükəsiz təxliyəsində oynadığı mühüm rolunu vurğulayıblar.

Bundan başqa qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.