Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah 12 mindən çox abonentin qazı olmayacaq
sosial

Sabah 12 mindən çox abonentin qazı olmayacaq

17-03-2026 18:00 20 Просмотров
IMG

Sabah saat 10:00-da Ağstafada 12 mindən çox abonentin qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatının dayandırılması Ağstafa Avtomatik Qaz Paylama Stansiyasından qidalanan daşıyıcı qaz xəttində əmələ gəlmiş çatın yaranması, yeni quraşdırılmış qaz xəttinin şəbəkəyə qoşulması, müxtəlif diametrli qaz xətlərində əmələ gəlmiş korroziyaların əvəzlənməsi, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.

 

“Təmir-quraşdırma işləri çərçivəsində Ağstafa şəhəri, və Dağkəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Zəlimxan, A.Kəsəmən, Q.Kəsəmən, Soyuqbulaq, Soyuqbulaqlar, Köçvəlili, Sadıxlı, Muğanlı, Qarayazı, Böyükkəsik kəndləri Poylu, Ağgöl, H.Aslanov, Qaçaq Kərəm, Xətai, Yenigün, Saloğlu qəsəbələrində ümumilikdə 12 675 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq”,- deyə əlavə edilib.