Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Cəlilabadda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
turizm

Cəlilabadda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

17-03-2026 15:00 22 Просмотров
IMG

Cəlilabad rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

 

Rayon sakinləri Səbran Əliyev ilə Kamran Quliyevin idarə etdiyi "Kia Rio" və "Changan" markalı avtomobillər toqquşub. Daha sonra "Changan" uşaq bağçasının dəmir məhəccərlərinə çırpılıb.

 

Qəza nəticəsində hər iki sürücü bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib. "Changan"da olan sərnişin, Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.