Martın 19-da Yer kürəsində güclü maqnit fırtınası gözlənilir.
Tvit.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri "Telegram" kanalında xəbərdarlıq ediblər.
Qeyd edilir ki, qasırğanın ehtimal edilən gücü pik həddə G2-dən G3-ə (güclü) qədər təşkil edəcək və təxminən 10 saat davam edəcək.