Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Armen Qriqoryan Bakı və İrəvan arasındakı sülhdən danışdı
siyasət

Armen Qriqoryan Bakı və İrəvan arasındakı sülhdən danışdı

16-03-2026 21:00 27 Просмотров
IMG

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Şimali Avropa və Baltikyanı ölkələrin əməkdaşlıq formatında iştirak edən dövlətlərin Xarici İşlər Nazirliklərinin Şərqi Avropa şöbələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

"Tvit.az" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası katibinin ofisindən "Armenpress"ə verilən məlumatda deyilir.

Bildirilir ki, A.Qriqoryan iştirakçıların xahişi ilə Ermənistan və Azərbaycan arasında təsis edilmiş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları və onların əhəmiyyətini təqdim edib.

Yuxarıda qeyd olunanlar kontekstində nümayəndə heyətinin üzvləri regionda sülh və sabitliyin bərqərar olmasına yönəlik səylərə öz dəstəklərini vurğulayıblar.

Görüşdə həmçinin regiondakı vəziyyət və təhlükəsizlik sahəsindəki hadisələr müzakirə edilib.