Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınadı
siyasət

Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınadı

13-03-2026 20:00 26 Просмотров
IMG

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

"Tvit.az" bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün gecə saatlarında İrandan buraxılan ballistik raket Türkiyənin hava məkanına daxil olub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvvəl martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.