Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Gəncə Sukanal" ləğv olunur
sosial

"Gəncə Sukanal" ləğv olunur

13-03-2026 17:00 28 Просмотров
IMG

Ləğv olunmuş "Azərsu" ASC-nin tabeliyindəki "Gəncə Sukanal" ASC ləğv olunduğunu elan edib.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76 ünvanına bildirməlidirlər.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

 

"Azərsu" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.