Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib
sosial

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib

13-03-2026 15:00 21 Просмотров
IMG

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulunu keçirib.

 

Bu barədə Tvit.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.