Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"Tvit.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,09 ABŞ dolları və ya 5,6% artaraq 95,43 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,34 ABŞ dolları təşkil edib.