İtaliyanın Baş naziri Corca Meloni İranın cənubundakı təhsil müəssisəsinə endirilən hərbi zərbə nəticəsində məktəbli qızların həlak olmasını kəskin şəkildə pisləyib və bu faciənin günahkarlarının tapılmasını tələb edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Hökumət adından Minabdakı məktəbdə oxuyan qızların öldürülməsini pisləyirəm... və məsuliyyətin kimin üzərinə düşdüyünün tezliklə aydınlaşdırılmasını tələb edirəm", — deyə Meloni bildirib.
Onun sözlərinə görə, Tehranın hərbi potensialını məhv etmək cəhdləri heç bir halda mülki şəxslər, xüsusən də uşaqlar arasında itkilərə səbəb olmamalıdır.
İtaliya hökumətinin başçısı, ABŞ və İsrailin hərbi əməliyyatları fonunda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Aysel Şirinova