Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ötən həftə 1 200 hektara yaxın ərazi minalardan təmizlənib
sosial

Ötən həftə 1 200 hektara yaxın ərazi minalardan təmizlənib

10-03-2026 15:00 22 Просмотров
IMG

Azad olunan ərazilərdə martın 2-dən 9-dək 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.


Məlumata əsasən, 1 191,2 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.