Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İraq Prezidenti Məctəbə Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik etdi
dünya

İraq Prezidenti Məctəbə Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik etdi

10-03-2026 14:00 24 Просмотров
IMG

İraq Prezidenti Əbdül Lətif Rəşid Məctəba Xameneyi İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib. 

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, təbrik məktubunda İraq lideri, həmçinin Bağdadın regionda gərginliyin azaldılması istiqamətində bütün səylərə dəstəyini təsdiqləyib.

 

"Sizə, eləcə də İran İslam Respublikasının rəhbərliyinə və xalqına İslam Respublikasının ali lideri seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi bildiririk. Bu fürsətdən istifadə edərək, İraqın münaqişələrin sona çatdırılması, gərginliyin azaldılması və bütün regionda təhlükəsizlik, sülh və sabitliyi gücləndirmək üçün birgə işləməyə yönəlmiş bütün regional və beynəlxalq səylərə dəstəyini bir daha təsdiqləyirik," - təbrikdə qeyd edilib.

 

 

Aysel Şirinova