Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndi ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu avtomobil vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.