Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan alman iş adamları ilə investisiya imkanlarını müzakirə edib
siyasət

Azərbaycan alman iş adamları ilə investisiya imkanlarını müzakirə edib

05-03-2026 15:00 19 Просмотров
IMG

Azərbaycan alman iş adamları ilə dayanıqlı sənaye, enerji səmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

 

Tvit.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Anar Axundovun Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Viyekin rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə aparılıb.

 

Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlı sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Tərəflər alman iş adamlarının ölkəmizə investisiya imkanlarının araşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.