Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Abbas Əraqçı bu ölkələrin rəsmiləri ilə telefonla DANIŞDI
dünya

Abbas Əraqçı bu ölkələrin rəsmiləri ilə telefonla DANIŞDI

04-03-2026 22:00 15 Просмотров
IMG

İranın xarici işlər naziri Araqçi rusiyalı və fransalı həmkarları Lavrov və Barro, həmçinin İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

Tərəflər İslam Respublikası ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bərzani ilə söhbət zamanı sərhədlərin qorunması və regionu sabitsizləşdirməyə yönəlmiş üçüncü tərəflərin hər hansı sui-istifadə hallarının qarşısının alınması məqsədilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Barro və Araqçi bəzi ikitərəfli konsulluq və diplomatik məsələlər üzrə məsləhətləşmələr aparıblar.

Həmsöhbətlər, həmçinin Ali Rəhbər Xameneyinin vəfatı ilə bağlı Araqçiyə başsağlığı veriblər.

 

Aysel Şirinova