Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı
sosial

Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı

04-03-2026 12:00 15 Просмотров
IMG

Dövlət Statistika Komitəsinin (DSK) Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov vəzifəsindən azad edilib.

 

Tvit.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

 

Məlumata görə, o, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. S.Məmmədov uzun illərdir DSK-da çalışırdı.

 

Hələlik sözügedən şöbəyə müdir vəzifəsinə təyinat yoxdur.