Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İki rayonda minlərlə abonentin qaz təchizatı dayandırılacaq
sosial

İki rayonda minlərlə abonentin qaz təchizatı dayandırılacaq

03-03-2026 17:00 17 Просмотров
IMG

Şabran və Xaçmazda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Şabran və Xaçmaz rayonlarında ümumilikdə 2 080 abonentin qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmaqla (Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.


Həmçinin Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə İsti Su qəsəbəsi, Nizami, H.Aslanov və S.Vurqun küçələri olmaqla ümumilikdə 1 081 abonentin qaz təchizatında fasilə yaranacaq.