Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu şəxslərin gündəlik maaşı ARTIRILDI - RƏSMİ
sosial

Bu şəxslərin gündəlik maaşı ARTIRILDI - RƏSMİ

03-03-2026 14:00 15 Просмотров
IMG

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb.

 

Tvit.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

 

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib.

 

Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi./Trend.Az