Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Fiziki şəxslərin uçota alınması və çıxarılması qaydalarında dəyişiklik edildi
sosial

Fiziki şəxslərin uçota alınması və çıxarılması qaydalarında dəyişiklik edildi

03-03-2026 14:00 14 Просмотров
IMG

"Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları"nda dəyişiklik edilib.

 

Tvit.az-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.


Qərara əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir.


Həmçinin vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verəcək.

 

Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

 

Qeyd edək ki, daha əvvəl bu müddət 40 gün idi.