Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm “TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
turizm

“TikTok”da təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO

03-03-2026 09:00 15 Просмотров
IMG

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.

"Tvit.az" xəbər verir ki, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib.  Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.