Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Qurban Qurbanov: "Başqa klubda işləsəydim, bəlkə də məsuliyyətim daha çox olmazdı"
СПОРТ

Qurban Qurbanov: "Başqa klubda işləsəydim, bəlkə də məsuliyyətim daha çox olmazdı"

02-03-2026 12:00 23 Просмотров
IMG

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başqa klubda işləsəydi, bəlkə də daha çox məsuliyyətli olmayacaqdı.

 

Tvit.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.

 

O, Qarabağ adının önəmindən bəhs edib:

 

"İşimizin böyük hissəsi legionerlərlə bağlıdır. Onları elə hazırlamalıyıq ki, hansı ölkədə və komandada olduqlarını bilməlidirlər. Qarabağ bizim yaralı yerimiz idi. Amma öz doğma torpaqlarımızı geri qaytardıq. Başqa klublarda işləyə bilərdim. Amma bəlkə də bu məsuliyyət daha çox olmazdı. Qarabağ adı məni də böyütdü. Hər bir legionerə bu ad haqqında məlumatlar verirdik. Onlara Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalı olduqlarını da söyləyirik".