Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Rusiya ilə Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə qədər olan dəmir yolunun bərpasını müzakirə ediblər
siyasət

Rusiya ilə Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə qədər olan dəmir yolunun bərpasını müzakirə ediblər

27-02-2026 20:00 27 Просмотров
IMG

Rusiya və Ermənistan Gümrü – Axurik – Türkiyə sərhədi və Yerasx – Azərbaycan sərhədi (Naxçıvan Muxtar Respublikası) dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələləri müzakirə edib.

 

Tvit.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, İrəvanda Ermənistan nazir müavini Armen Simonyan və Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev arasında danışıqlar baş tutub.

 

"Tərəflər Gümrü – Axurik – Türkiyə sərhədi və Yerasx – Naxçıvan sərhədi dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələləri nəzərdən keçiriblər. Həmçinin avtomobil və hava nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı səviyyəsinə toxunulub və əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub", - bəyanatda bildirilib.