“Qarabağ”ın futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Tvit.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən kolumbiyalı hücumçu barədə həkimlərin yekun rəyinin gözlədildiyi bildirilib.
Xatırladaq ki, Duran İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində zədələnib.