BMT-nin Baş katibi Antoniu Quterreşin düzələcəyinə və qərəzsizlik prinsipinə əməl edəcəyinə dair ümidlər artıq çox azdır.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin direktoru bildirib.
"BMT-nin hazırkı Baş katibinə gəldikdə isə, Ukrayna böhranı kontekstində o, tez-tez BMT Nizamnaməsinin 100-cü maddəsinə etinasızlıq göstərir. Hansı ki, həmin maddə ona və Dünya Təşkilatının Katibliyinin bütün əməkdaşlarına qərəzsizliyə və obyektivliyə riayət etməyi tapşırır. Biz nə Quterreşin, nə də digər BMT rəsmilərinin heç bir təxribat xarakterli bəyanatını reaksiyasız qoymuruq. Üstəlik, biz onları "sıxışdırmağa" (təzyiq göstərməyə) davam edəcəyik. Əgər BMT-nin hazırkı Baş katibinin düzələcəyinə dair ümidlər artıq azdırsa, onun potensial xələfi ilə Rusiya tərəfi, əlbəttə ki, bu mövzu üzrə sıx şəkildə preventiv (qabaqlayıcı) iş aparacaq", - deyə o qeyd edib.