İran Xarici İşlər naziri Abbas Araqçi sabah Cenevrədə ABŞ-la danışıqlarda ədalətli və balanslı həll üçün razılığa gəlmək imkanının olduğuna inandığını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölkəsinin nüvə fəaliyyəti ilə bağlı suallara cavab verməyə və narahatlıqları həll etməyə hazır olduqlarını vurğulayan Əraqçı deyib:
"Biz nüvə texnologiyasından sülh məqsədləri üçün istifadə etmək hüququmuzdan imtina etməyə hazır deyilik. Bu bizim münasibətimizdir və istədiyimizdir. Bu səbəbdən mən inanıram ki, sabah Cenevrədə razılaşdırılmış, ədalətli və balanslı həllə nail olmaq imkanı var. İkinci raundda müəyyən qarşılıqlı anlaşmaya nail olduq. Düşünürəm ki, bu anlaşma əsasında bir razılaşma, memorandum qura bilərik."
Aysel Şirinova