Qazaxıstanın İsraildəki səfiri Emberdiyev İsrail Mülki Aviasiya İdarəsinin rəhbəri Zakay ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Müzakirələrin əsas mövzusu iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması olub.
Görüş zamanı tərəflər Qazaxıstanın "SCAT Airlines" aviaşirkətinin bu ilin yay mövsümündən etibarən İsrailə birbaşa uçuşlara başlayacağını təsdiqləyiblər. Həmçinin qeyd olunub ki, respublikanın digər aviadaşıyıcısı "Air Astana" ilə də bu məsələyə dair danışıqlar davam etdirilir.
Aysel Şirinova