Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Barselona" Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi düşünür
СПОРТ

"Barselona" Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi düşünür

05-02-2026 22:00 25 Просмотров
IMG

İspaniya təmsilçisi "Barselona" 37 yaşlı hücumçusu Robert Levandovski ilə müqavilənin müddətini daha bir mövsüm uzatmağı planlaşdırır.

 

Tvit.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu polşalı futbolçuya maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi nəzərdən keçirir.

 

Bildirilir ki, komandanın baş məşqçisi Hans-Diter Flik Levandovskinin intizamından və meydandakı çıxışından razıdır.

 

"Barselona" rəhbərliyi futbolçunun sözləşməsini ən azı 2027-ci ilin iyununa qədər uzatmaq üçün müxtəlif variantları dəyərləndirir.

 

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxaraq 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı Levandovskinin bazar dəyərini 9 milyon avro qiymətləndirir.