Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Özəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlandı
sosial

Özəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlandı

04-02-2026 14:00 22 Просмотров
IMG

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 21 özəl tibb müəssisəində yoxlama aparılıb.

AEM-dən "Tvit.az"a verilən məlumata görə, bunlarda planlı 11, plandankənar 10 yoxlama aparılıb. Nəticədə 18 nöqsan faktı aşkar edilib.

Ən çox rast gəlinən nöqsanlara həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (25 hal), lisenziya şərtləri üzrə müəyyən nöqsanlar (6 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (6 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (4 hal), lisenziyadan kənar iş və fəaliyyət (2hal) daxildir.

Həmçinin yanvar ayı ərzində 6 stomatoloji klinikada yoxlama aparılıb.

Ən çox rast gəlindi nöqsanlar sırasına həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (6 hal), lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar (3 hal), lisenziyadan kənar iş və fəaliyyət (1 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (1 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı daxildir (1 hal).