Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Ağsuda ağır yol qəzası baş verib, xəsarət alanlar var
turizm

Ağsuda ağır yol qəzası baş verib, xəsarət alanlar var

01-02-2026 12:00 18 Просмотров
IMG

Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

"Tvit.az" report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.