Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Xanım sahibkara qadağa qoyuldu: 800 min borcu var
sosial

Xanım sahibkara qadağa qoyuldu: 800 min borcu var

29-01-2026 21:00 14 Просмотров
IMG

Vergi borcu 800 min manata yaxınlaşan xanım şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

 

Tvit.az-ın Qaynarinfo-a istinadən məlumatına görə, "Şəmkir" MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780.991.55 manat vergi borcu yaranıb.

 

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

 

Məlum olub ki, sahibkar xanımın Şəmkir MTK-nın İşsizlikdən Sığorta Fonduna 21.65 manat, dövlət büdcəsinə 780345,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 437514,9 manat, faizlər üzrə 110691.29 manat, maliyyə sanksiyası üzrə 232138.99), Dövlət Sosial Müdafiə Fonduna 544,04 manat, İcbari Tibbi Sığorta Fonduna 80.68 manat borcu yaranıb.

 

Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.