Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
sosial

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

29-01-2026 11:00 16 Просмотров
IMG

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir.