Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Marneulidə toy kortejində qəza baş verib, iki azərbaycanlı həlak olub
turizm

Marneulidə toy kortejində qəza baş verib, iki azərbaycanlı həlak olub

28-01-2026 22:00 15 Просмотров
IMG

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.

 

Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

 

Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.

 

Faktla bağlı araşdırma aparılır.