Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Dünyanın ən həssas insansı robotu təqdim edildi
ДРУГОЕ

Dünyanın ən həssas insansı robotu təqdim edildi

28-01-2026 19:00 20 Просмотров
IMG

İnsansı robot texnologiyasında yeni mərhələnin əsasını qoyan Figure AI şirkəti Helix 02 adlı yeni modelini təqdim edib.

 

Tvit.az xəbər verir ki, şirkətin indiyədək hazırladığı ən bacarıqlı robot kimi xarakterizə olunan Helix 02 vizual məlumatlara əsaslanaraq bütün bədənini vahid sinir şəbəkəsi vasitəsilə idarə edə bilir. 

 

Belə ki, yerimə, tarazlıq və obyektlərin manipulyasiyası artıq ayrı-ayrı sistemlər deyil, vahid və fasiləsiz işləyən bir mexanizm kimi fəaliyyət göstərir.

 

Helix 02-nin ən diqqətçəkən nümayişlərindən biri robotun tam ölçülü mətbəxdə qabyuyan maşını tam avtonom şəkildə boşaldıb yenidən doldurması olub. Təxminən dörd dəqiqə davam edən bu tapşırıq heç bir insan müdaxiləsi olmadan yerinə yetirilib. Figure AI bu prosesi indiyədək bir insansı robot tərəfindən icra edilmiş ən uzunmüddətli və ən mürəkkəb avtonom tapşırıq kimi qiymətləndirir.

 

Qeyd edək ki, Figure AI ABŞ-da yaradılmış, əsasən insansı robotların (humanoid robots) hazırlanması ilə məşğul olan süni intellekt və robototexnika şirkətidir. Şirkətin əsas məqsədi insan kimi hərəkət edən, düşünən və real mühitdə işləyə bilən robotlar yaratmaqdır.

 

Aysel Şirinova