Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Hazırda ailə dəyərləri itir - Nazir müavini
sosial

Hazırda ailə dəyərləri itir - Nazir müavini

28-01-2026 12:00 13 Просмотров
IMG

"Süni intellektə əsaslanan texnologiyalar yeni və ciddi çağırışlar yaradacaq. Uşaqların bu dəyişikliklərə necə hazırlanması və bunun qanunvericilikdə necə əks olunması olduqca vacibdir. Düşünürəm ki, bu qanunun gələcəkdə də təkmilləşdirilməsinə ehtiyac olacaq".

 

Tvit.az "Unikal"a istinadən xəbər verir ki, bu sözləri parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

 

"Elm və Təhsil Nazirliyi olaraq biz öz məsuliyyətimizi dərk edirik. Nəzərə alsaq ki, sistemdə 1 milyon 600 mindən çox uşaq təhsil alır. Uşaqlar müxtəlif ailələrdə formalaşırlar və biz deyə bilmərik ki, hər ailədə yüksək səviyyəli mədəniyyət formalaşıb. Bəzən uşaqlar məkətbə gəldikdə artıq onların xasiyyəti formalaşır. Ailə dəyərləri çox önəmlidir. Müasir dövrdə dünyada bu çox böyük problemdir. Hazırda ailə dəyərləri itir. Hətta ailə institunun özünün yaşaması təhlükə altındadır".