Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qadın qohumunun evindən 51 min manat oğurladı
sosial

Qadın qohumunun evindən 51 min manat oğurladı

27-01-2026 15:00 11 Просмотров
IMG

Qohumunun evindən 51 min manat oğurlayan şəxs saxlanılıb.

"Tvit.az" xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Araşdırma aparılır.