Jeremiah Fowler adlı kibertəhlükəsizlik üzrə mütəxəssis son dövrlərin ən böyük məlumat sızmalarından birini aşkar edib.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, texniki cəhətdən ictimaiyyətə açıq olan internet məlumat bazası tapdıqdan sonra o, 149 milyon giriş məlumatının ifşa olunduğunu aşkar edib. Təsəvvür edilə bilən demək olar ki, hər platforma bu məlumat sızmasından təsirlənib.
Bəyanata görə, 149 milyon giriş məlumatını ehtiva edən verilənlər bazasına Gmail, Facebook, Instagram, Netflix, Binance, TikTok, X, Disney+, HBOmax, Roblox, OnlyFans, iCloud, Outlook və Yahoo kimi platformalardan, eləcə də .edu və .gov genişləndirmələrinə malik dövlət veb saytlarından məlumatlar daxildir. Təəssüf ki, bu şifrələnməmiş verilənlər bazasına neçə nəfərin daxil olduğu və ya bu məlumatları kimin əldə etdiyi məlum deyil.
Aysel Şirinova