Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Qaradağlı kəndində Ramiz Qəzənfər oğlu Məmmədova məxsus “Ağdam” şadlıq evində yoxlama keçiriblər.
Agentlikdən Tvit.az-a verilən məlumata görə, yoxlama zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.