Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Barselona"nın yarımmüdafiəçisi 1 aylıq sıradan çıxıb
СПОРТ

"Barselona"nın yarımmüdafiəçisi 1 aylıq sıradan çıxıb

22-01-2026 18:00 9 Просмотров
IMG

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirilən matçda zədələnib.

 

Pedri qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənib. Onun sağ ayağında bud əzələsindən zədə aldığı təsdiqlənib.

 

Qeyd edək ki, Pedri 2019-cu ilin sentyabrından "Barselona"nın formasını geyinir. O, bu müddət ərzində kataloniyalıların heyətində 227 oyuna çıxıb, 28 qol vurub və 29 məhsuldar ötürmə edib.