Ötən ilin ilk 11 ayında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində 520 min 989 ton karbamid ixrac edib.
Tvit.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 1,8% çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 123,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 388 min 299 ton (+51 %), Kanadaya 20,5 milyon ABŞ dolları dəyərində 70 min 242 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+8,9 dəfə) 22 min 408 ton (+7,6 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 3,7 milyonABŞ dolları dəyərində (-78 %) 10 min 900 ton (-87 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.