Azərbaycanın Əmmandakı səfiri Şahin Abdullayevlə İordaniyanın energetika və faydalı qazıntılar naziri Saleh Ali əl-Xarabşeh arasında görüş keçirilib.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.
Görüş zamanı Azərbaycan-İordaniya münasibətləri, həmçinin enerji sektorunda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.