Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Bavariya" 17 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün razılığa gəlib
СПОРТ

"Bavariya" 17 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün razılığa gəlib

22-12-2025 19:00 22 Просмотров
IMG

Almaniya təmsilçisi "Bavariya" Ekvadorun 17 yaşadək futbolçulardan ibarət millisinin mərkəz müdafiəçisi Virqilio Olaya ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

 

Tvit.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Mənbənin məlumatına görə, futbolçu fevral ayında Münhen klubu ilə 4,5 illik müqavilə imzalayacaq. "Bavariya" artıq oyunçunun icarə əsasında oynaması üçün uyğun klub axtarır.

 

Qeyd edək ki, Olaya Ekvadorun "Aukas" klubunda çıxış edir.