Futbol üzrə Türkiyə Kubokunda "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçiriləcək oyunun baş hakimi bəlli olub.
Tvit.az xəbər verir ki, C qrupunda baş tutacaq qarşılaşma Oğuzhan Çakıra tapşırılıb.
Oyunda Çakıra Ceyhun Sesigüzel və Candaş Elbil kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Adnan Deniz Kayatepe olacaq.
Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək İstanbul derbisi "Çobani" stadionunda baş tutacaq.