Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İngiltərə elçisindən Azərbaycanla bağlı açıqlama
siyasət

İngiltərə elçisindən Azərbaycanla bağlı açıqlama

16-12-2025 18:00 41 Просмотров
IMG

Azərbaycan regionda (Cənubi Qafqaz - red.) Böyük Britaniyanın ən dəyərli tərəfdaşlarından biridir.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bildirib.

 

"Azərbaycan Böyük Britaniyanın regiondakı ən dəyərli tərəfdaşlarından biridir. Burada gördüklərim məni çox ruhlandırdı və əminəm ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı gələcək illərdə də inkişaf edəcək",- o deyib.

 

C.Alderdays deyib ki, o, ticarət elçisi qismində ilk dəfə Azərbaycanı ziyarət edib.

 

O qeyd edib ki, son günlərdə ölkənin şərqindən - Xəzər dənizi sahilindən qərbdəki Naxçıvana qədər səfər edib və bu müddət ərzində Prezident İlham Əliyev, nazirlik rəhbərləri və hökumət əməkdaşları ilə görüşlər keçirib:

 

"Biz hamımız Britaniya ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox əsas sektorlarında tərəfdaşlığı dərinləşdirmək istəyini bölüşürük. Mən iqtisadi əlaqələrin onilliklərinə əsaslanaraq və onların hüdudlarından kənara çıxaraq, eləcə də əməkdaşlığımızı bir-birimizdən öyrənərək strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşdirməyimizdən qürur duyuram".

 

Ticarət elçisi vurğulayıb ki, tərəflər "təmiz enerji", Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində bir sıra birgə layihələr üzərində çalışırlar:

 

"Bu səfər mənə göstərdi ki, strateji tərəfdaş kimi birlikdə daha çox nailiyyətlər əldə edə bilərik. Mən Böyük Britaniya–Azərbaycan münasibətlərinə dair böyük həvəs və müsbət hissi ilə ayrılıram".