Dövlət İmtahan Mərkəzi tərəfindən avtomatlaşdırılmış çap cihazları (2 nömrə) üçün texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması ilə bağlı olan tenderə yekun vurulub.
Tvit.az xəbər verir ki, tenderin qalibi "Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 677 min 973 manatlıq müqavilə imzalanıb.
Bununla yanaşı, DİM-in avtomatlaşdırılmış çap məhsulları üçün sərfəli materialların satın alınması ilə bağlı olan tenderini də "OCE Solution" Məhdud Məsuliyyətli Cəmiyyəti udub. Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 170 min 368 manat təşkil edib.
Aysel Şirinova