"FlyOne" təyyarəsi İrəvandan Bakıya uçub.
"Tvit.az" xəbər verir ki, uçuş məlumatları flyradar24.com saytında dərc olunub.
Erməni mediasının məlumatına görə, təyyarədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan var.
Qeyd edək ki, müasir tarixdə ilk dəfədir ki, Ermənistanın kəşfiyyat xidmətinin rəhbəri Azərbaycana səfər edir. Simonyan beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.