Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
turizm

Yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

16-09-2025 20:00 20 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Tvit.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd şaxta qapısı qismən yanıb.

 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub.