Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən qadına CƏZA VERİLDİ
turizm

FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən qadına CƏZA VERİLDİ

16-09-2025 19:00 21 Просмотров
IMG

Sumqayıtda vətəndaşlara qarşı pensiya, sosial yardım və işə düzəltmə adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

 

Tvit.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə mühakimə olunan Z.R. adlı qadına 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Z.R. bundan əvvəl də 360 saat ictimai işlər cəzasına məhkum edilib. Həmin cəza 90 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hazırkı cəza ilə qismən toplanılıb. Nəticədə Z.R.-yə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İş materiallarından aydın olur ki, Z.R. bir neçə vətəndaşı Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadıb. O, zərərçəkmişlərin birindən 2 000, digərlərindən isə 5 000 və 7 360 manat pul alıb.

 

Z.R.-nin əməlləri bununla bitməyib. O, daha bir neçə nəfəri təqaüd və sosial yardım düzəltmək adı ilə aldadıb.

 

Məhkəmə prosesi zamanı Z.R. ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, vətəndaşlara dəymiş ziyanın bir hissəsini ödəyib.